bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Türkiyə millisində növbəti şok: Bakıya gələ bilməyəcək

14.01.2020 11:29 Oxundu 354


İtaliya A Seriyasının XIX turunun "Roma" ilə ev oyununda zədələnən "Yuventus"un müdafiəçisi Merih Demiralın durumuna aydınlıq gətirib.

Cempion.az yerli mətbuata istinadən xəbər verir ki, rəqib komandanın müdafiəçisi Aleksandr Kolarovla toqquşmadan sonra yerə pis düşən türkiyəli futbolçu bu gün tibbi müayinədən keçib.

Diz bağları qopan oyunçu mövsümü vaxtından əvvəl başa vurmalı olub. Türkiyə millisinin üzvünün Avropa çempionatını buraxacağı dəqiqləşib. Onunla yanaşı, "Lill"in futbolçusu Yusuf Yazıçının da qitə birinciliyini buraxacağı məlumdur.

"Ay-ulduzlular" qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.