bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Reyna rəsmən Premyer Liqada

14.01.2020 13:00 Oxundu 318


"Milan"ın ispaniyalı qapıçısı Pepe Reyna İngiltərə Premyer Liqasına qayıdıb.

Cempion.az xəbər verir ki, 37 yaşlı qapıçı "Aston Villa"ya keçib. Birmingem təmsilçisi təcrübəli qolkiperi mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.

Reyna 2005-2014-cü illərdə "Liverpul"da 395 oyun keçirib.

Xatırladaq ki, "Milan" Reynanın əvəzində mövsümün ilk yarısını “Qarabağ”da keçirən, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan Asmir Beqoviçi heyətinə cəlb edib.