bazar, 04 may 2025

BİZİM FUTBOL

"Qarabağ"dan ayrılan qapıçı rəsmən "Milan"da!

14.01.2020 14:34 Oxundu 328

Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da çıxış edən "Bornmut"un qapıçısı Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib.

Cempion.az xəbər verir ki, klubun saytı bosniyalı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. O, İtaliya nəhəngində də icarədə oynayacaq.

Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək

Qeyd edək ki, 32 yaşlı qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.