14.01.2020 18:00
419

İspaniya Superkubokunun finalında "Atletiko"nu penaltilər seriyasında (4:1) məğlub edərək titula sahib çıxan "Real" ciddi itki ilə üzləşib.
Cempion.az xəbər verir ki, "kral klubu" kapitanı Serxio Ramosu itirib. 33 yaşlı müdafiəçi sözügedən qarşılaşmada həlledici penalti zərbəsini yerinə yetirən zaman zədələnib.
Ayaq biləyindən zədə alan futbolçunun ən azı 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu isə o deməkdir ki, Ramos "Real"ın La Liqada yanvarın 18-də "Sevilya" ilə ev, 26-də isə "Valyadolid"lə səfər oyunlarını buraxacaq.