14.01.2020 14:45
323

Millimizin futbolçusu Emil Balayevin şərəfini qoruduğu "Tobol" heyətinə yeni futbolçu cəlb edib.
Cemрion.az klubun saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi son klubu "Ararat-Ermənistan" olan Petros Avetisyanı heyətinə qatıb.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi ötən ildən Ermənistan millisinə dəvət alır. O, yığmada 5 matçda iştirak edib.
Xatırladaq ki, "Tobol"a erməni Qriqoru Babayan baş məşqçi təyin edilib. Bundan sonra E.Balayevin klubdan ayrılacağı xəbərləri yayılıb.