bazar, 04 may 2025

BİZİM FUTBOL

Klublarmız növbəti sınaqlarına çıxır

15.01.2020 11:59 Oxundu 339


 Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama görüşləri davam edir.
Cempion.az xəbər verir ki, bu gün Premyer Liqanın daha 3 təmsilçisi - "Neftçi", "Sabah" və "Səbail" komandaları yoxlama oyununda qüvvələrini sınayacaq.
"Neftçi" ilk qarşılaşmasında Polşanın "LKS Lodz" klubu ilə görüşəcək. Bu matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da veriləcək.
İlk görüşündə Macarıstan "Pakş"ına 0:2 hesabı ilə məğlub olan "Sabah" bu gün Rumıniyanın "Akademika Klinçeni" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun da Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Premyer Liqanın digər təmsilçisi "Səbail" komandası Qazaxıstan klubu "Jetısu"nu sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan klublarından "Sabah" Macarıstanın "Pakş" klubuna 0:2, "Zirə" Türkiyə "Ümraniyespor"una 0:3, "Sumqayıt" isə Macarıstan "Kaposvar"ına 3:4 və "Qəbələ" Macarıstan MTK-sına 0:3 hesabı ilə uduzub.