bazar, 04 may 2025

DÜNYA FUTBOLU

Renat Dadaşovdan 2 qol

15.01.2020 13:11 Oxundu 315

Yığmamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton"un U-23 komandası  növbəti oyununu keçirib.
Cempion.az xəbər verir ki, "Birmingham County Senior Challenge Cup"da "Tividale" ilə qarşılaşan "canavarlar" rəqibini 6 cavabsız qolla məğlub edib. Renat oyunda dubl edib.

Qeyd edək ki, 20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda çıxış edib. "Vulverhempton" Renatı yenidən icarəyə verəcəyi gözlənilir.