15.01.2020 14:18
327


"Verona" heyətini daha bir futbolçuyla gücləndirib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Fabio Borinini heyətinə cəlb edib. 28 yaşlı hücumçu “Verona” ilə 6 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend” kimi klubların formasını geyinən Borini, 2017-ci ildən “Milan”da idi. Bir dəfə də İtaliya yığmasının formasını geyinən hücumçu, bu mövsüm “qırmızı-qaralar”la 2 oyuna çıxıb.