15.01.2020 14:33
335

“Qarabağ”ın Antalya toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun saatı müəyyənləşib.
Cempion.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu ilk oynunu yanvarın 18-də Rumıniyanın "Akademika Klinçeni" klubuna qarşı keçirəcək. Yoldaşlıq oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" komandası yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.