cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Saxta menecerlər azərbaycanlı futbolçuları aldadır

15.01.2020 18:00 Oxundu 357


Azərbaycanlı futbolçular saxta menecerlər tərəfindən aldadılıb. 

Cemрion.az “CNN Türk”ə istinadən xəbər verir ki, özünü agentlik şirkəti rəhbəri olaraq tanıdan Jensen Oniel Antoni adlı bir nəfər yeniyetmə və azyaşlı futbolçuları xəyallarının klublarına aparacağı adı ilə pul alır.

O, özünü FİFA meneceri olaraq təqdim edir. Əslində isə bütün sənədlər saxtadır. “Travia Soccer Agents” adlı şirkət adına hazırlanan sənədlər uşaqların valideynlərinə təqdim edilir.

Onlara bildirilir ki, futbolçular Türkiyənin böyük klublarında oynayacaqlar. Agentliyin əsas hədəfi isə türkdilli ölkələrdir. Bunlara Özbəkistan, Azərbaycan, Tacikistan kimi ölkələr daxildir.

Türkiyəli həmkarlarımızın araşdırmasına görə indiyə qədər həmin saxta şirkətlər azərbaycanlı futbolçulardan milyonlar əldə edib.