bazar, 04 may 2025

BİZİM FUTBOL

"Keşlə"dən Qazaxıstana gedən futbolçu: "Həyat yoldaşım və qızım Azərbaycanda yaşadıgı üçün..."

15.01.2020 19:00 Oxundu 411


Bir neçə gün öncə Qazaxıstanın "İrtış" klubu ilə müqavilə imzalayan "Keşlə"nin sabiq yarımmüdafiəçisi Pablo Podio yerli mətbuata müsahibə verib.

Cemрion.az xəbər verir ki, argentinalı futbolçu jurnalistin "tez-tez klub dəyişməyinizin səbəbi nədir" sualına maraqlı cavab verib: "Fərqli mədəniyyətlərlə tanış olmaq xoşuma gəlir".

Podio ailəsinin Qazaxıstana uyğunlaşma prosesinin rahat keçəcəyinə inanır: "Həyat yoldaşım və qızlarım Azərbaycanda yaşadığı üçün adaptasiya yaxşı getməlidir".

2017-ci ilin dekabr ayından 2018-in yayına qədər "Keşlə"nin formasını geyinmiş 30 yaşlı Podio paytaxt klubunda cəmi 2 oyun keçirib.