bazar ertəsi, 06 iyul 2020

VOLEYBOL

Bələdiyyə sədri milli üzvlərini sərt tənqid etdi

15.01.2020 18:31 Oxundu 215


Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası sərt tənqidə məruz qalıb.

Cempion.az xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarına vəsiqə qazanan voleybolçu xanımlar haqqında Milliyətçi Hərəkat Partiyasının üzvü, Düzcə Kaynaşlı bələdiyyəsinin sədri Birol Şahin sərt ifadələr işlədib.

O, sosial şəbəkəi hesabından belə bir paylaşım edib: "Allah bizə örtünməyi, vücudumuzu gizlətməyi əmr etdi. Buna rəğmən, onun əmrinə qarşı çıxacaqsan, bədənini açacaqsan, sonra da Tokioya gedirəm deyib, sevinəcəksən...Bundan sonra dünya çempionu olsan belə, nə fərqi? Müsəlman qadın ədəb və həya sahibidir. Hər işi Allah rizası üçündür. Dinimizə görə qadınlar idmanla yalnız öz aralarında məşğul ola bilər, kişilərin gözünün qabağına çılpaq çıxaraq yox".

Bələdiyyə sədrinin bu sözləri Türkiyədə böyük səs-küyə səbəb olub, böyük bir qism onu qınayıb. İnsanlar "sən idmana baxıb, qələbəyə sevinirsən, yoxsa qadınların bədəninə baxırsan?” deyə, MHP üzvünü qınayıblar.

Ondan fərqli, MHP sədri Dövlət Baxçalı voleybolçu xanımlara təbrik mesajı ünvanlayıb. Partiya rəhbərliyi Birol Şahin barədə araşdırma aparıldığını açıqlayıb.