bazar, 04 may 2025

BİZİM FUTBOL

"Neftçi" rəhbərliyi hədə-qorxu gəldi o da Bakıya qayıtdı

16.01.2020 12:00 Oxundu 401

Roberto Bordinlə yola getməyən və bu üzdən "Neftçi"dən ayrılan Dario Federiko yenidən Bakıya qayıdıb. Bəli bəli klubun hazırda hazırlıq keçdiyi Antalyaya yox məhz Bakıya.

Cempion.az xəbər verir ki futbolçu əvəzedici komanda ilə məşq edir.

Klub rəhbərliyi intizamsızlıq etdiyi üçün onu cəzalandırıb. Dekabrda düşərgəni tərk edən futbolçu geri qayıtmaq istəmirdi. Klub rəhbərliyi dəfələrlə ona zəng etsə də Dario Bakıya qayıtmayacağını deyib. Məcbur qalan rəhbərlik onu FİFA-ya şikayətlə hədələyib "Neftçi" ilə müqaviləsi olan Dario vəziyyətin ciddi olduğunu görüb Bakıya qayıtmağa məcbur olub. Onun gələcək taleyi "Neftçi" Antalyadan  geri dönəndən sonra məlum olacaq.