çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Olqa Senyuk bu gün məharətini göstərəcək

05.08.2016 03:19 Oxundu 357

Rio Olimpiadasının start günündə mübarizəyə başlayacaq Azərbaycan yığmasının idmançısının adına aydınlıq gəlib. yarışa 56 atletlə yollanan millimizin heyətində 1 idmançı qüvvəsini sınayacaq.Bu, kamandan oxatanımız Olqa Senyukdu. Milliləşdirilmiş 25 yaşlı idmançımızın təmsil olunacağı növdə artıq püşk də atılıb. Təmsilçimiz avqustun 5-də B qrupunda hədəf önünə keçəcək. O, 19-cu zolaqdan dəqiqliyini yoxlayacaq.

Kamandan oxatmada qadınların fərdi yarışlarının təsnifat mərhələsi Bakı vaxtı ilə 20:00-da başlayacaq. Burada 1/32 finalda yarışacaq cütlüklər müəyyənləşəcək.Yarışın mükafatçıları avqustun 6-da bilinəcək.

5 avqust

Kamandan oxatma, qadınlar

Fərdi yarışlar, təsnifat mərhələsi

Olqa Senyuk – saat 20:00.