bazar, 04 may 2025

BİZİM FUTBOL

"Səbail"dən getdi

16.01.2020 13:24 Oxundu 333


"Səbail" futbolçusu Yevgeni Koçukla yollarını ayırıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçiyə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Səbail" moldovalı oyunçunu 2018-ci ildə Slovakiya "Jilina"sından icarəyə götürsə də, daha sonra birdəfəlik keçidini rəsmiləşdirmişdi. Futbolçu  komandanın heyətində 54 matça çıxaraq 8 qol vurub.