bazar, 04 may 2025

BİZİM FUTBOL

"Sabah"dan heç-heçə

16.01.2020 04:27 Oxundu 333


Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ikinci yoxlama oyunu keçirib.

Cempion.az xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə qarşılaşıb. Belekdəki "Titanik Mardan" stadionunda keçirilən görüşdə qol olmayıb.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə məğlub olan "Sabah" “Akademika Klinçeni” ilə oyundan sonra daha iki sınaq matçı keçirməyi planlaşdırır.