şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Adrian Mutu Rumıniya millisinin baş məşqçisi oldu

16.01.2020 15:25 Oxundu 354

Məşhur rumıniyalı keçmiş futbolçu Adiran Mutunun yeni iş yeri müəyyənləşib.

Cempion.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Rumıniyanın U-21 millisinin baş məşqçisi təyin edilib. Bununla bağlı məlumatı yerli federasiyanın rəsmi saytı yayıb.

Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən veteran hücumçu "Çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda da oynayıb