şənbə, 03 may 2025

BİZİM FUTBOL

Vaqif Qasımovun oğlu klub prezidenti oldu

16.01.2020 18:00 Oxundu 618


"Abşeron" voleybol klubuna yeni prezident təyin olunub. 

Cempion.az sportinfo.az-a istinadla xəbər verir ki bu post İlkin Qasımova həvalə olunub.

Qasımov artıq fəaliyyətini dayandrımış AZAL klubunun keçmiş prezidenti Vaqif Qasımovun oğludur. O özü də uzun illər klubun rəhbərliyində yer alıb. Bundan sonra isə "Abşeron" voleybol komandasına rəhbərlik edəcək.

Bu mövsüm Azərbaycan Super Liqasında hələlik 1 oyun keçirən "Abşeron" hazırda xalsızdır və 6 komanda arasında 5-ci sırada qərarlaşıb.