bazar, 04 may 2025

BİZİM FUTBOL

Qriqorçuk millimizi çalışdıra bilər

16.01.2020 11:39 Oxundu 366

"Astana"dan ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər.
Cempion.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı çalışdırıcı AFFA ilə danşıqlar aparır.

Qeyd edək ki, 2018-ci illin yayından "Astana"nın sükanı arxasında olan Qriqorçuk bu ay klubdan ayrılıb. O, 2015-2018-ci ilərdə "Qəbələ"ni çalışdırıb və ardıcıl iki dəfə (2015/2016, 2016/2017) mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.