16.01.2020 11:52
341


UEFA "Qarabağ"a 260 min 500 avro pul ayrııb.
Cempion.az AFFA-nın rəsmi sayıtına istinadən xəbər verir ki, UEFA-nın Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirdiyi, həmçinin əlavə bonusların paylanması qaydası əsasında, UEFA Avropa Liqasının qrup mərhələsinin 4-6-cı oyun günlərində qeydə alınmış nəticələrə uyğun olaraq, aşağıda göstərilmiş maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” Futbol Klubunun hesabına köçürülüb:
1 heç-heçə – 190.000 avro
Əlavə bonusların paylanması – 70.500 avro
Ümumi: 260.500 avro