bazar, 04 may 2025

BİZİM FUTBOL

"Sumqayıt" “Politexnika İaşi” komandasına qarşı

16.01.2020 13:21 Oxundu 358


Antalyada hazırlıq toplanışında olan “Sumqayıt” komandası yanvarın 18-də növbəti yoxlama oyununu keçirəcək.
Cempion.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürəcək.

Qyd edək ki, “Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub.