16.01.2020 13:34
385

Futbol üzrə Belçika çempionatında 2019-cu ilin "ən yaxşılar"ı müəyyənləşib.
Cempion.az xəbər verir ki, qaliblər əsasən ölkənin "Brügge" klubunun üzvləri olub.
2019-cu ilin ən yaxşı oyunçusu "Brügge"nin yarımmüdafiəçisi Hans Vanaken seçilib. O, ötən ildə keçirdiyi 33 görüşdə 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Komandanın qolkiperi Simon Minyole isə ilin ən yaxşı qapıçısı seçilib. Belçikalı qolkiper keçirdiyi 30 oyunun 16-da qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, "Brügge"nin baş məşqçisi Filipp Klement isə Belçikada ilin ən yaxşı baş məşqçisi olub. Onun komandası hazırda davam edən çempionatda turnir cədvəlindəki ən yaxın izləyicisini 10 xal qabaqlayır.