16.01.2020 14:00
326

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
Cempion.az. xəbər verir ki, paytaxt təmsilçisi növbəti sınağını Rumıniyanın "Sepsi" klubuna qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, "Zirə" ilk oyununda Türkiyə klubu "Ümraniyespor"a 0:3 hesabı ilə məğlub olub.
16 yanvar
16:30. "Zirə" - "Sepsi" (Rumıniya)