16.01.2020 14:11
376


"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek karyerasını "Real"də davam etdirəcək.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub şəxsi müqavilənin şərtini 22 yaşlı yarımmüdafiəçi ilə razılaşdırıb. "Real" mövsümün sonuna yaxın futbolçunun "Santyaqo Bernabeu”ya gəlməsi haqqında Amsterdam klubu ilə şifahi razılığa nail olub. Transferin məbləği 55 milyon avro təşkil edəcək.
Donni van de Bek "Ayaks”ın yetirməsidir. Cari mövsümdə Donni van de Bek Niderland çempionatında16 oyuna çıxıb. O, bu matçlarda 6 qola imza atıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Donni van de Bek "Ayaks”ın yetirməsidir. Cari mövsümdə Donni van de Bek Niderland çempionatının 16 matçında iştirak edib. O, bu matçlarda 6 qolu hesabına yazıb və 4 məhsuldar ötürmə verib. "Real Madrid” Van de Beki ötən ilin yayında da transfer etmək istəsə də, "Ayaks” onu satmaqdan imtina edib.