şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

"Real Madrid" - "Barselona" qarşılaşmasının vaxtı açıqlanıb.

16.01.2020 15:01 Oxundu 374


Futbol üzrə İspaniya La Liqasının XXVI turunda baş tutacaq "Real Madrid" - "Barselona" qarşılaşmasının vaxtı açıqlanıb.
Cempion.az xəbər verir ki, ilin ilk "El-Klassiko"su martın 1-də, "Santyaqo-Bernabeu" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:00-da start götrəcək. Komandalar arasında ilk dövrədəki qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, hər iki komanda La Liqada 19 turdan sonra 40 xal toplayıb və 1-2-ci yerləri bölüşdürürlər.