şənbə, 03 may 2025

BİZİM FUTBOL

Deviç yenidən "Sabah"da!

17.01.2020 10:00 Oxundu 340


“Sabah” heyətini yeni hücumçuyla gücləndirib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu Marko Deviç bu mövsümün sonuna kimi komandanın uğurları üçün çalışacaq.

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko Bakı təmsilçisinin Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Hücumçunun son komandası “Vozdovats” olub.

Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.