şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasının formatı dəyişir?

17.01.2020 13:24 Oxundu 336


Avropanın top-komandaları qitənin bir nömrəli klub turniri hesab olunan Çempionlar Liqasının genişləndirilməsi ilə bağlı razılığa gəlib.

Cempion.az xəbər verir ki, yeni anlaşma turnirin formatında dəyişikliklərə səbəb olacaq.

Dəyişikliklərin detalları hələlik açıqlanmır. Amma bunun oyun sayına təsir edəcəyi məlumdu.

Yeni formata əsasən, Çempionlar Liqasında komandalar 4 oyun artıq keçirəcək. Lakin hələlik bu görüşlərin qrup mərhələsinə, yoxsa təsnifat raundlarına təsadüf edəcəyi bilinmir.