17.01.2020 15:00
369

UEFA Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştianu Ronaldoya 2019-cu ilin rəmzi komandasında yer vermək üçün taktiki sxemi dəyişib.
Cempion.az xəbər verir ki, qurum 35 yaşlı hücumçunu rəmzi komandaya daxil etmək üçün 4-2-4 sxemindən istifadə edib.
Ehtimal olunur ki, İngiltərənin "Çelsi" klubunun futbolçusu NQolo Kante məhz bu səbəbdən heyətə daxil edilməyib. İlin rəmzi komandası yanvarın 15-də açıqlanıb.