17.01.2020 15:38
915

“Vest Hem” heyətini yeni futbolçuyla gücləndirib.
Cemрion.az xəbər verir ki, London təmsilçisi “Midlsbro”dan Darren Rendolfu transfer edib.
Bu barədə “Vest Hem”in rəsmi saytı məlumat yayıb. 32 yaşlı qapıçı ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
İrlandiya milli komandasının da üzvü olan Rendolf, 2015-2017-ci illər aralığında da “Vest Hem”in şərəfini qoruyub.