şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Keyn Avro-2020-ni buraxacaq

17.01.2020 16:44 Oxundu 360

Ayağından əməliyyat olunan "Tottenhem"in futbolçusu Harri Keyn uzun müddət meydana çıxa bilməyəcək.

Cemрion.az xəbər verir ki, İngiltərənin tanınmış cərrahı Kris Uilson "The Independent" qəzetinə açıqlamasında 27 yaşlı hücumçunun 6 ay futbol oynaya bilməyəcəyini deyib. O, İngiltərə millisinin kapitanının Avro-2020-dən kənarda qalacağını da deyib.

Xatırladaq ki, Harri Keyn İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton"la oyunda zədələnib. Britaniya mətbuatı əzələ yırtığı aşkarlanan futbolçunun aprel ayında məşqlərə başlayacağını yazmışdı.