şənbə, 03 may 2025

BİZİM FUTBOL

Prosineçkinin "Kayserispor"dan qovduğu futbolçu "Keşlə"yə gəlir?

18.01.2020 12:00 Oxundu 369


"Kayserispor"un qanalı futbolçusu Bernard Mensah heyətdən uzaqlaşdırılıb.

Cempion.az xəbər verir ki, Robert Prosineçkinin gəlişindən sonra 25 yaşlı futbolçu intizamsız hərəkətlərinə görə heyətdən qovulub.

Türkiyə mətbuatı yazır ki, Mensah baş məşqçinin bu qərarından sonra yenidən komandaya qayıtmağı düşünmür. Futbolçu transfer dönəmindən istifadə edib karyerasını başa ölkədə davam etdirə bilər.

Maraqlıdır ki, qanalı oyunçunun gedə biləcəyi ölkələrin içində Azərbaycanın da adı var. Ancaq mənbə oyunçunun ölkəmizdə hansı komandaya keçə biləcəyini qeyd etməyib.

Biz isə öz əlaqələrimizi işə salıb müəyyən məlumat toplaya bildik. Əldə etdiyimiz məlumata görə, Mensahın xidmətində maraqlı olan klub "Keşlə"dir. Məhz bu klub sözügedən futbolçunun menecerinə bu haqda xəbər göndərib. Əgər razılıq əldə olunsa Mensah klubun Antalyadakı düşərgəsinə yollanacaq.