18.01.2020 11:00
653

İTV-də yayımlanan 3D layihəsinin növbəti buraxılışı efirə gedib.
Cempion.az xəbər verir ki, robot aparıcı Dadaşlinski Dadaşın budəfəki qonağı 1999-cu ildən 2003-ci ilə qədər AFFA-da vitse-prezident, 2003-dən 2007-ci ilə qədər isə baş katib olmuş Fuad Əsədov olub.
Veteran futbol funksioneri verilişdə kifayət qədər maraqlı fikirlər səsləndirib, milli komandamızın sabiq futbolçuları - Zaur Tağızadə ilə Samir Əliyevi sərt tənqid edib, sonuncunun barəsində ittiham səsləndirib.