çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Atası Cavidi Ukraynaya getməyə qoymadı: səbəbini oxuyun

19.01.2020 17:00 Oxundu 429

Bir neçə gün öncə "Kəpəz"in 17 yaşlı futbolçusu Cavid Qurbanova Ukraynadan rəsmi təklif gəldiyini bildirmişdik. Sözügedən ölkənin təmsilçisi "Rux"un prezidenti adından göndərilən rəsmi məktubda gənc futbolçu klubun bazasına dəvət edilmiş, 2 həftəlik baxışda olacağı müddətdə ona hər cür şərait yaradılacağı bildirilmişdi. Cavidə yanvarın 15-dən etibarən Ukrayna klubunun bazasına yollanmaq təklif olunmuşdu. Təbii ki, bu dəvət gənc və perspektiv vəd edən bir qapıçı üçün yaxşı şans idi. Üstəlik, AFFA bilet məsələsini də öz üzərinə götürmüşdü və futbolçudan cavab gözlənilirdi. Ancaq bütün bunlara baxmayaraq, futbolçu Ukraynaya gedəsi olmadı

Cempion.az xəbər verir ki, səbəb futbolçunun atasının son anda təklifdən imtina etməsi olub.

Ata bunu təhlükəsizliklə əlaqələndirib. Buna səbəb həm də Ukrayan təyyarəsinin bu yaxınlarda İran səmasında vurulması olub.