17.01.2020 23:45
383

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama oyununa çıxıb.
Cempion.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Zviçkau” klubu ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. "Keşlə"nin yeganə qolunu 31-ci dəqiqədə Şohruh Qadoyev vurub.
Qeyd edək ki, "Keşlə" yanvarın 22-də Rusiyanın “Arsenal”, 24-də isə Slovakiyanın “Zemplin” klubları ilə üz-üzə gələcək.
17 yanvar
Yoxlama matçı
17:00. "Keşlə" - “Zviçkau” (Almaniya) - 1:4