18.01.2020 11:38
380

Almaniya Bundesliqasında mövsümün ikinci dövrəsinə start verilib.
Cempion.az xəbər verir ki, 18-ci turun ilk oyun günündə bir matç keçirilib. “Şalke” evdə Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
"Şalke" – "Borussiya" (Münhenqladbax) - 2:0
Qollar: Serdar, 48, Qreqoritş, 58
Bu nəticədən sonra Münhenqladbax "Borussiya"sı 35 xalla 2-ci, "Şalke" 33 xalla 4-cüdür. Turnir cədvəlinə 37 xalla "Leyptsiq" başçılıq edir,"Bavariya" 33 xalla 3-cüdür.