18.01.2020 12:23
329


İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted” oyuna itkilərlə çıxacaq.
Cempion.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın üç futbolçusu – Skott Maktominey, Markos Roxo və bir müddət əvvəl əməliyyat olunan Pol Poqba bu vacib matçda forma geyinə bilməyəcək.
Zədəsini yeni sağaldan Erik Bayi və Luk Şounun “Liverpul”a qarşı çıxış edib-etməyəcəkləri məlum deyil.
Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” oyunu yanvarın 19-da keçiriləcək.