şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

Yeni baş məşqçi onun qalmasını istədi

18.01.2020 13:00 Oxundu 358


"Barselona"nın yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.

Cempion.az xəbər verir ki, 61 yaşlı mütəxəssis çilili yarımmüdafiəçini komandada saxlamaq qərarı verib.

O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Bu isə o deməkdir ki, Vidal ən azı mövsümün sonuna qədər "Barselona"da qalacaq.

Çili millisinin üzvü 2018-ci ildə Almaniyanın "Bavariya" klubundan "Barselona"ya transfer olunub.