cümə, 29 mart 2024

BİZİM FUTBOL

Aleksandr Rıbka: "Essyenlə təkcə рişiklər şəkil çəkdirməyib"

18.01.2020 13:14 Oxundu 758


"Səbail"in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlama verib.

Cemрion.az xəbər verir ki, 32 yaşlı qolkiper paytaxt təmsilçisindən ayrılıb, karyerasını ölkəsində davam etdirəcəyi barədə yayılan xəbərləri təkzib edib: "Belə xəbərlərə inanmayın. Mənim klubumla 1.5 illik müqaviləm var. Burada hər kəs mənə hörmətlə yanaşır. Klub rəhbərliyi və məşqçilər heyəti ilə münasibətim yaxşıdır. Ancaq mənə təklif göndərilsə, onu nəzərə ala bilərəm. Azərbaycanda xoşbəxtəm. Lakin ailəmə yaxın olmaq istəyirəm".

A.Rıbka komanda yoldaşı Maykl Essyendən də danışıb: "Açığı, onun nə qədər maaş aldığını bilmirəm. Ancaq Essyenin komandaya pul üçün gəldiyinə inanmıram. Oteldə demək olar ki, təkcə pişiklər onunla şəkil çəkdirməyib. O, çox sadə və ünsiyyətcil insandır".

Qeyd edək ki, Aleksandr Rıbkanın Ukraynanın "Olimpiya" klubuna keçəcəyi haqda xəbərlər var.