18.01.2020 15:20
328

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
Cemрion.az xəbər verir ki, Ağdam təmsilçisi Rumınyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Qurban Qurbanovun kollektivi təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.
18 yanvar
18:00. "Qarabağ" - "Akademiya Klinçeni"