18.01.2020 20:53
348


İngiltərə Premyer Liqasında 23-cu turun oyunlarına start verilib.
Cempion.az xəbər verir ki, "Mançester Siti" evində "Kristal Pelas"ı qəbul edib. Oyun ev sahiblərinin üstünlüyü ilə keçsə də, qarşılaşmanın 39-cı dəqiqəsində hesabı qonaq komandadan Cenk Tosun açıb.
Oyunun sonlarına yaxın Kun Aqüero 2 qol vuraraq hesabı öz xeyirlərinə dəyişsə də, 90-cı dəqiqədə "MS"nin heyətində Fernandinyo afta qolla yadda qalıb. Oyun 2-2 hesabı ilə başa çatıb.
18 yanvar
19:00. "MS" - "Kristal Pelas" - 2-2