şənbə, 03 may 2025

BİZİM FUTBOL

"Qəbələ"dən 3 cavabsız qol

18.01.2020 21:20 Oxundu 357


Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyunu keçirib.
Cempion.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk yoxlama oyununda Macarıstanın "MTK" komandası ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə isə rəqib Rusiya təmsilçisi “Çayka” olub. Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

19:00. "Qəbələ" – "Çayka" (Rusiya) - 3:0
Qollar:
 İvitsa Juniç, 6, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51
Antalya, “Titanik” meydançaları