18.01.2020 21:51
355

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.
Cempion.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasında çıxış edən "Akademiya Klinçeni" komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"dan qolları Abdullah Zubir (11-ci dəqiqə) və Cavid Bayramov (90-cı dəqiqə) vurub. "Akademiya Klinçeni" isə 23 və 87-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun kollektivi təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.
18 yanvar
18:00. "Qarabağ" - "Akademiya Klinçeni" - 2:2