şənbə, 03 may 2025

BİZİM FUTBOL

Paşayevin komandasından darmadağın

19.01.2020 15:00 Oxundu 358


Millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Cempion.az xəbər verir ki, Ukrayna Premyer Liqası təmsilçisi Bolqarıstanın "Botev" klubu ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. P.Paşayev bu görüşdə iştirak etməyib.

Qeyd edək ki, "Aleksandriya" toplanış çərçivəsində  Bolqarıstanın “Slaviya” və “Çerno ,  Makedoniyanın “Makedoniya GP” və Ermənistanın "Pünik" klubu ilə qarşılaşacaq.