şənbə, 03 may 2025

DÜNYA FUTBOLU

"Milan"dan geri dönüş

19.01.2020 18:56 Oxundu 348

İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.
Cempion.az xəbər verir ki, “Milan” “San Siro”da “Udineze”ni qonaq edib. Qarşılıqlı qollar şəraitindən keçən görüş “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Ante Rabiç 90+3-cü dəqiqədə qələbə qolunu vurub.

“Milan” – “Udineze” – 3:2
Qollar:
 Larsen, 6 (0:1), Rebiç, 48 (1:1), Hernandez, 72 (2:1), Lasanqna, 85 (2:2), Rebiç, 90+3 (3:2)

Qeyd edək ki, bu qələbə ilə xallarını 28-ə çatdıran "Milan" 8-ci pilləyə yüksəlib. "Udineze" 24 xalla 14-cüdür. Turnir cədvəlinə 48 xalla "Yuventus" başçılıq edir.