şənbə, 03 may 2025

BİZİM FUTBOL

"Kəpəz"dən heç heçə

19.01.2020 19:01 Oxundu 382


Birinci divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirib.
Cempio.az xəbər verir ki, komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında birinci divizionun digər təmsilçisi “Turan Tovuz”la qarşılaşıb.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahiblərinin yeni transfer Tural Qürbətov hesabı açıb. Qonaqların heyətində isə Əzəmət Ələkbərli fərqlənib.