cümə, 02 may 2025

BİZİM FUTBOL

"Sabah" qələbə qazandı

20.01.2020 12:48 Oxundu 354


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyunu keçirib.

Cempion.az-ın məlumatına görə, Jelko Sopiçin komandası Qazaxıstan "Kaysar"ı ilə üz-üzə gəlib. Matç "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" bundan əvvəlki yoxlama matçlarında  “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.

19 yanvar

"Sabah" - "Kaysar" - 3:1
Qol: Filip İvanoviç, 57. Ceyhun Nuriyev, 83. Mario Marina, 87
Türkiyə, Hüzeyn Aygün Futbol Mərkəzi