cümə, 02 may 2025

DÜNYA FUTBOLU

"Napoli" Ançelottini qovduğu üçün peşmandır

20.01.2020 15:33 Oxundu 348


"Napoli" prezidenti Aurelio de Laurents komandanın baş məşqçi vəzifəsinə Karlo Ançelottini yenidən gətirmək istəyir.

Cempion.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisi Cennaro Qatuzzo ilə əvəz etdiyinə görə  peşman olub.

C.Qattuzzo komandanı çıxardığı 5 oyunun 4-də uduzub. Klub rəhbərliyinin isə sabiq baş məşqçi Karlo Ançelottini geri qaytarmaq istədiyi bildirilib. Lakin,  Ançelottinin "Everton"la 4.5 illik müqaviləsinin olduğu vurğulanıb.

Qeyd edək ki, İtaliya təmsilçisi A seriyasından 24 xalla 13-cü yeri tutur.