19.01.2020 23:23
328

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Cempion.az xəbər verir ki, Lider “Liverpul” “Mançester Yunayted”i qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.
“Liverpul” – “Mançester Yunayted” – 2:0
Qollar: Van Deyk, 14, Salah, 90+3
Qeyd edək ki, bu qələbədən sonra xalını 64-ə çatdıran Yurgen Kloppun yetirmələri zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Mançester Yunayted" isə 34 xalla 5-cidir.