cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Millimizin üzvü ehtiyatda qaldı komandası uduzdu

20.01.2020 16:33 Oxundu 287


İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 28-ci turun oyunları keçirilib.

Cempion.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Uimbldon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb.

O, sonadək ehtiyatda qalıb. “Piterboro Yunayted” 28 turdan sonra 37 xalla 23 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.