
Türkiyə Super Liqasında mövsümün 2-ci dövrəsinə start verilib.
Cempion.az xəbər verir ki, 18-ci turun ilk oyununda autsayderlər qrupunda yer alan “Ankaragücü” ilə “Konyaspor” qarşılaşıb. Qonaqlar bu oyunda son dəqiqədə vurduqları qol sayəsində 3 xal qazanıblar.
“Fənərbaxça” bu turda “Qaziantep”in qonağı olub və inamlı qələbəyə sevinib. “Alanyaspor” “Konyaspor”u, “Başakşəhər” isə “Yeni Malatyaspor”u darmadağınla yola salıb.
Bazar günü daha dörd qarşılaşma baş tutub. “Antalyaspor” doğma meydanda “Göztəpə”yə 3 cavabsız qolla uduzub. “Trabzonspor” öz meydanında “Kasımpaşa”ya 6 cavabsız qolla qalib gəlib. “Qalatasaray” “Dənizlispor”la ev oyunundan qalib ayrılıb. Lider “Sivasspor” isə çətin “Beşiktaş” səfərinə yollanıb. İstanbul klubu bu görüşdə məğlubiyyətlə üzləşib.
Türkiyə Super Liqası, 18-ci tur
17 yanvar
Ankaragücü – Konyaspor 0:1
Qol: Şengeliya, 90+1.
18 yanvar
Alanyaspor – Kayserispor 5:1
Qol: Tsavellas, 38. Bakasetas, 59. Sisse, 62. Fernandes, 84; 90+1 – P.Enrike, 87.
Başakşəhər – Yeni Malatyaspor 4:1
Qol: Vişça, 21. D.Ba, 26. İ.Kahveçi, 33. M.Tekdemir, 41 – Yahoviç, 63.
Qaziantep – Fənərbaxça 0:2
Qol: Kruse, 51. Muriqi, 90+2.
19 yanvar
Antalyaspor – Göztəpə 0:3
Qol: H.Akbunar, 16. S.Gürler, 36. S.Aydoğdu, 45+2.
Qalatasaray – Dənizlispor 2:1
Qol: Akbad, 26. Falkao, 57 – M.Özkal, 64.
Trabzonspor – Kasımpaşa 6:0
Qol: Sosa, 25. Sorlot, 27; 55; 88. Nvakaeme, 29; 83.
Beşiktaş – Sivasspor 1:2
Qol: Lyayiç, 33 – E.Yeşilyurt, 7. Yatabare, 45.
20 yanvar
21:00 Rizəspor – Gənclərbirliyi
